Çempionlar Liqasının yarımfinal cütlükləri müəyyənləşdi

İspaniyanın “Real” klubu Çempionlar Liqasının yarımfinalında Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.

Yeniavaz.com-un TASS agenliyinə istinadən verdiyi məlumata görə, püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.

İkinci yarımfinalda İtaliyanın “Roma” klubu İngiltərənin “Liverpul” komandası ilə qarşılaşacaq.

İlk oyunlar aprelin 24 və 25-də, cavab oyunları isə mayın 1 və 2-də keçiriləcək. Çempionlar Liqasının finalı mayın 26-da Kiyevdə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top