“Bavariya” yeni baş məşqçisini elan etdi

“Bavariya” klubu rəsmi olaraq təsdiq edib ki, Niko Kovaç növbəti mövsümdən etibarən komandanın yeni baş məşqçisi olacaq.

Yeniavaz.com-un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, bunu klubun idman direktoru Həsən Salihamiciç deyib.

Onun sözlərinə görə, müqavilə 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək. Münhen təmsilçisi ötən gün xorvatiyalı mütəxəssislə 3illik müqaviləni razılaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top