4 min illik mumyanın sirrini FBI tapdı - FOTOLAR

ABŞ Federal Təhqiqat Bürosu (FBI) 4 min illik mumyanın kimə məxsus olduğunu üzə çıxardığını açıqlayıb. Başı kəsilmiş halda olan mumya 2009-cu ildən etibarən Boston Muzeyindən sərgilənirdi. Dişdən götürülən nümunənin genetik araşdırması nəticəsində mumyanın Yuxarı Misir valisi Dcehutynaxta aid olduğu məlum olub. Bununla da 4 min illik sirr tapılıb. Qeyd edək ki, mumya 1915-ci ildə Deyr əl-Bərşa tərəfindən tapılıb.


maide.az

DİGƏR XƏBƏRLƏR

Top