Britaniyalı diplomatlar Moskvanı tərk edir - VİDEO

23 Britaniyalı diplomat ailə üzvləri ilə birgə Moskvanı tərk edir. Bu barədə “Euronews” diplomatik missiyadan olan mənbəyə istinadən məlumat yayıb.

Moskva Britaniya baş naziri Tereza Mey tərəfindən qəbul olunmuş anoloji tədbirlərə cavab olaraq, Britaniyalı diplomatları ölkədən qovur.

Ötən gün Brüsseldə keçirilən iclasda Tereza Mey Avropa İttifaqı nümayəndələrini Britaniyanın “Skripal” işi ilə bağlı apardığı istintaqın ilkin nəticələri ilə tanış edib:

“Avropa İttifaqı şurası, Britaniya hökumətinin “Solsberinin küçələrində törədilən adam öldürməyə cəhd hadisəsində Rusiyanın əlinin olduğu ehtimalının yüksək olması” barədə gəldiyi nəticə ilə razılaşıb, həmin insidentinin başqa izahı ola bilməz. Bu faktla razılaşdığına görə, Avropa İttifaqı şurasını alqışlayıram” deyə Tereza Mey bildirib.

Moskva keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın zəhərlənməsində Rusiyanın cavabdeh olduğu ilə bağlı ittihamları qəti şəkildə rədd edir. oxu.az

diplomat

DİGƏR XƏBƏRLƏR

Top