Rusiyada yük vaqonlarında oğurluq edən azərbaycanlı saxlanılıb

İrkutskda yük vaqonlarında oğurluq edən şəxs saxlanılıb. İstintaq məlumatlarına görə, Azərbaycan vətəndaşı olan həmin şəxs, uzun müddətdir ki, qazanc üçün İrkutsk vilayətinə gəlib-gedir.

Ancaq bu dəfə onun işləri alınmayıb, ona görə qanunsuz yolla pul qazanmağa qərar verib.

Rusiya DİN-nin bölgə üzrə idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs cinayət yerinə avtomobillə yaxınlaşıb. Qayçı vasitəsi ilə konteynerlərin kilidini açaraq, içəridə olan malları oğurlayıb.

Cinayətkarın bu yolla ümumilikdə yarım milyon rubl dəyərdə mal oğurladığı bildirilir. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top