Rusiyada qripə görə 200-ə yaxın məktəb və uşaq bağçası bağlanıb

Qrip və kəskin respirator virus infeksiyasının (KRVİ) yayılmasına görə Rusiyada 93 məktəb və 84 uşaq bağçası tam bağlanıb. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İstehlakçıların hüququnun müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə federal xidmətin (“Rospotrenbadzor”)məlumatında deyilir. Bildirilir ki, qrip və KRVİ-yə yoluxmanı azaltmaq üçün uşaqlar arasında məhdudlaşdırıcı tədbirlər görülür: “1063 sinif və uşaq bağçasında 489 qrup qismən bağlanıb”. Bundan başqa, hazırda məktəblərdə və uşaq bağçalarında mütləq səhər filtrləri, bəzi təhsil müəssisələrində isə təmassız istilikölçənlər tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top