Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçirilən prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb. MSK sədri Ella Panfilova bu gün keçirdiyi mətbuat konfransında seçkilərin əsas parametrlər baxımından açıq və Rusiya Federasiyası qanunlarına uyğun keçirildiyini bildirib: "Seçkilərin nəticələrinin ilk növbədə daxili ictimaiyyətimiz və beynəlxalq orqanlar tərəfindən tanınması üçün seçkilər rəqabətli, şəffaf və ciddi olaraq qanuna müvafiq keçirilməlidir. Bizim bütün fəaliyyətimiz bu əsas məqsədə nail olmağa yönəlib".


MSK sədri bülletenlərin 100 faizinin sayıldığını söyləyib. Beləliklə, nəticələrə görə, hazırki prezident Vladimir Putin seçicilərin 76,69 faizinin səsini toplayaraq qalib gəlib. apa

DİGƏR XƏBƏRLƏR

Top