Hindistanın “Air India” aviaşirkətinə məxsus “Boeing-787” sərnişin təyyarəsi son 70 ildə ilk dəfə olaraq Səudiyyə Ərəbistanının hava məkanı üzərindən İsrailə kommersiya reysi həyata keçirib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Yeni Dehlidən Təl-Əvivə istiqamət alan təyyarə Ben Qurion aeroportuna eniş edib. Bildirilir ki, Səudiyyə Krallığı üzərindən hava dəhlizi Hindistandan İsrailə uçuş vaxtını 2-3 saat azaldacaq. 1948-ci ildə İsrail dövlətinin yaradılmasından bəri cəmi iki birbaşa reys Səudiyyə Ərəbistanından yəhudi dövlətinə həyata keçirilib. Hər iki dəfə təyyarələr amerikalı prezidentləri kiçik Corc Buş və Donald Trampı daşıyıblar.