ABŞ Konqresi Rusiya təbliğatı ilə mübarizə üçün 250 milyon dollar ayırıb

ABŞ Konqresinin Nümayəndələr Palatasından sonra yuxarı palata – Senat da 2017-ci il oktyabrın 1-dən başlamış 2018-ci maliyyə ili üçün federal büdcə layihəsini təsdiqləyib. Büdcə qanununda Rusiya təsiri ilə mübarizə və ABŞ seçki sisteminin müdafiəsinin gücləndirilməsi üçün vəsait ayrılıb.

Belə ki, müvafiq dövlət qurumlarına Rusiya təsiri ilə mübarizə məqsədilə azı 250 milyon dollar ayrılması nəzərdə tutulub. Bu məbləğ “Avropa, Avrasiya və Mərkəzi Asiyaya yardım”, “Xarici hərbi yardım” və digər başlıqlar üzrə ayrılacaq. apa

DİGƏR XƏBƏRLƏR

Top