Naxçıvana səfər edən turistlərin sayı açıqlandı

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasına 45 min 833 turist gəlib. Yeniavaz.com Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz və ya 1161 nəfər çoxdur.

Məlumat üçün bildirək ki, muxtar respublikaya səfər edən turistlər ölkəyə gələn ümumi turistlərin 13 faizini təşkil edib. Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 352 min 74 nəfər xarici ölkə vətəndaşı gəlib.

DİGƏR XƏBƏRLƏR

Top