Cəlilabadda özünü 4-cü mərtəbədən atan kişi sağ qalıb

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib. Hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan, 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov yaşadığı 4 mərtəbəli binadan özünü ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır. report

DİGƏR XƏBƏRLƏR

Top