Savçenko dövlət çevrilişinə cəhd şübhəsi üzrə saxlanılıb

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko parlamentin binasında saxlanılıb.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu, bu gün Ali Rada deputatlarının N. Savçenkonun dövlət çevrilişi hazırlamaq şübhəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə dair razılıq verməsindən sonra mümkün olub. Ukrayna baş prokuroru Yuri Lutsenkonun təqdimatı üzrə parlament N. Savçenkonu deputat mandatından məhrum edib.

Ukrayna Prokurorluğu hesab edir ki, deputat qranat, avtomatlar və minaatanlardan istifadə etməklə Ali Radanın binasında terror aktının törədilməsinə hazırlıqda iştirak edib. Bu arada Ali Radada N.Savçenkonun bir sıra tərəfdarları ilə Ukraynada dövlət çevrilişinn təşkili şərtlərini müzakirə etdiyi və danışıqlar apardığında dair video yazı nümayiş etdirilib.

DİGƏR XƏBƏRLƏR

Top