Ərdoğanın mühafizəçilərinə qarşı ittihamlar geri çəkildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin may ayında Vaşinqtona səfəri zamanı etirazçıları döydükləri iddiası ilə təqsirləndirilən və barələrində tutulma qərarı verilən 15 mühafizəçidən 11-i haqqında məhkəmə işi dayandırılıb.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, insident ABŞ və Türkiyə arasında diplomatik böhrana səbəb olmuşdu.

Bu hadisədən sonra Ankara və Vaşinqton arasındakı gərginliyi azaltmağa yönələn proses noyabr ayında ABŞ federal prokurorların R. T. Ərdoğanın mühafizəçilərindən dördü barəsində məhkəmə işinə baxan hakimin işi dayandırmağı istəməsilə başlayıb.

Ardından ABŞ Prezidenti Donald Tramp tərəfindən qovulan keçmiş dövlət katibi Reks Tillersonun fevralda Türkiyəyə səfərindən bir gün əvvəl 7 mühafizəçi haqqında ittihamlar da geri götürülüb.

Barələrində ittihamların geri çəkilditi türk mühafizəçiləri arasında Türkiyə Prezidentinin mühafizə müdirinin də olduğu bildirilir. Mühafizəçilərdən dördü ilə bağlı ittihamlar hələ də qüvvədədir.

DİGƏR XƏBƏRLƏR

Top