“Doğan” media qrupu satıldı

Aydın Doğanın Erdoğan Demirörenle razılaşdığı və “Doğan” media qrupunu satdığı məlum olub. Media qrupun rəsmiləri satış xəbərinin düzgün olduğunu və axşam saatlarında ətraflı məlumat veriləcəyini qeyd ediblər. İddiaya görə müqavilənin qiyməti 1.2 milyard dollardır. “Doğan” Türkiyə mətbuatının ən böyük media qrupudur. Holdinqin fəxri sədri Aydın Doğan 2011-ci ilin may ayında “Milliyet” və “Vatan”ı Erdoğan Demirörenə satmışdı. “Doğan” media qrupa “Hürriyet”, “Fanatik” və “Posta” qəzetləri, “Kanal D” və “CNN Türk” kanalları da var. İddiaya görə, Demirören qrupunun bu alqı-satqıda arxasında başqa bir sərmayə qrupu da var. Olke.az

DİGƏR XƏBƏRLƏR

Top