İraqda İŞİD-lə əlaqəsi olan 3 min nəfər edama məhkum edilib

İraqda yanvarın sonuna olan məlumata əsasən, İŞİD terror qruplaşması ilə əlaqəsinin olduğu ehtimal edildiyi təqribən 19 min nəfər saxlanılıb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, 2013-cü ildən bəri İraq hakimiyyəti 3 mindən çox müttəhimi edam cəzasına məhkum edib. Adını açıqlamayan İraq məmurları bildiriblər ki, yanvar ayı ərzində İraqda ümumilikdə 27 849 nəfər saxlanılıb. Onlardan təxminən 8 mini 2013-2018-ci illərdə terror fəaliyyət aparmaq ittihamı üzrə həbsdə saxlanılır. Daha bir neçə min nəfər keçirilmiş əməliyyatlar nəticəsində azadlıqdan məhrum edilib. Bir çox saxlanılan uzun müddətdir məhkəmə istintaqının başlamasını gözləyir. Bu da xeyli sayda müstəntiq və hakimə ehtiyacın olduğunu göstərir.

DİGƏR XƏBƏRLƏR

Top