Lavrov Putinin yeni komandasında olmayacaq?


Rusiya xarici işlər naziri Sergey Lavrov növbəti dəfə prezident seçilən Vladimir Putinin komandasında olmayacaq. Bu barədə RTVI informasiya saytı məlumat yayıb. Verilən məlumata görə, Vladimir Putinin yeni hökumətində Sergey Lavrov təmsil olunmayacaq. Bildirilir ki, S.Lavrov bir neçə il əvvəl vəzifədən getmək istəyib. Onun vəzifədən getməyinə səbəb isə Lavrovun yorğun olmasıdır. Qeyd edək ki, S.Lavrovun 68 yaşı var. O, 2004-cü ildən Rusiya XİN-də rəhbər vəzifədə çalışır. Real TV

DİGƏR XƏBƏRLƏR

Top