Kişi sənəti ilə məşğul olan qadın: Rayonda mənə "təqaüdçülərin anası" deyirlər


Məişətdə istifadə olunan avadanlıqların təmiri ilə əsasən kişilər məşğul olur. Lakin Xuraman Məmmədova adlı qadın 41 ildi Yevlaxda ən çox kişilərin məşğul olduğu bu sənəti işlədir. Yeniavaz.com xəbər verir ki, 63 yaşlı Xuraman Məmmədova yaşının bu çağında öz işinin öhdəsindən layiqincə gəlir. Görənləri təccübləndirən qadın, ət çəkən maşın, müxtəlif növ su mataroları, məişətdə işlədilən digər elektrik avadanlıqlarını işlək vəziyyətə gətirir. Gənc yaşlarından çətin peşəni seçən Xuraman Məmmədova, həyat yoldaşının da onun kişi işi ilə məşğul olmasına mane olmadığını deyir. 63 yaşlı qadın ustanın müştəriləri ən çox yaşlı sakinlərdir. Elə buna görədə ona rayonda "təqaüdçülərin anası" deyirlər. Xuraman Məmmədova işinin müqabilində o qədərdə yüksək məbləğ tələb etmədiyindən bu gündə çörək pulunu rahat qazana bilir. Onu da qeyd edək ki, Xuraman xanımın ailəsində hər kəs bir sənətkardır.
Xuraman Məmmədova bizimlə söhbətində bildirdi ki, ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur. Maraqlı məqam ondan ibarətdir ki, o heç bir tələbəsini özü öyrətmir. Yalnız onun əlinə baxıb öyrənməyin mümkün olduğunu deyir. Esmira Hidayətova,Yevlax

DİGƏR XƏBƏRLƏR

Top