Qonşular torpağa görə dalaşdı, yaralanan var - FOTOLAR

Ağdamda qonşular arasında kütləvi dava olub. Hadisə 4 Yol qəsəbəsində torpaq sahəsi üstündə baş verib. Ramiz Nəsibov qonşusu Məmmədov Rəşadətlə arasında qalan torpaq sahəsini hasara almaq istəyərkən dava düşüb. Dava zamanı səs-küyə gələn ailə üzvləri 2002-ci il təvəllüdlü Məmmədov Kamil Qabil oğlu, 1998-ci il təvəllüdlü Abdullayev Elmir Teymur oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Xaliq Ziyəddin oğlu, 1945-ci il təvəllüdlü Məmmədov İmran oğlu və ev sahibi Rəşadət Məmmədov Ramiz Nəsibov və qardaşları tərəfindən döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top