Biləsuvarda iki “Jiquli” toqquşdu: 1 ölü, 2 yaralı

Biləsuvar şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə saat 22 radələrində şəhərin M.İbrahimov küçəsində baş verib. Rayon sakinləri - 20 yaşlı Tağı Musa oğlu Ağazadənin idarə etdiyi 12 BD 796 dövlət nömrə nişanlı “VAZ-2106” və 24 yaşlı Mirhəbib Mirvəli oğlu Mirtağızadənin idarə etdiyi 12 BG 777 dövlət nömrə nişanlı “VAZ-21011” markalı minik maşınlarının toqquşması nəticəsində “06”nın sərnişini, Bəydili kəndinin 46 yaşlı sakini Zahid Balaqardaş oğlu Dadaşov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan “06”-nın sürücüsü T.Ağazadə və sərnişini, Bakı şəhər sakini, 20 yaşlı Nurlan Elxan oğlu Novruzov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb. Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top