Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.
R. Usubov və nazir müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlərlə birlikdə nahar ediblər.“Qafqazinfo”