"Axşamlar özümə iynə vururdum" - Messi

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi uşaqlığı və səhhətindəki problemlər barədə danışıb.

Argentinalı hücumçu "Onefootball" nəşrinə açıqlamasında 8 yaşından ona valideynlərinin iynələr vurduqlarını bildirib.

12 yaşında ikən isə Messi bunu özünün sərbəst yerinə yetirdiyini vurğulayıb: "Mən kurs keçmişdim. Hər axşam ayağıma boy hormonu iynəsi vururdum. Əvvəlcə birinə, sonra digərinə. İynə balaca olduğundan ciddi ağrı hiss etmirdim. Bütün bu proses adi idi. Bunu etməli idim və edirdim".report

DİGƏR XƏBƏRLƏR

Top