Hokinqin ən son elmi işi üzə çıxdı


“ArXiv.org” saytında bir neçə gün əvvəl vəfat etmiş britaniyalı nəzəriyyəçi-fizik Stiven Hokinqin ən son elmi işinin yenilənmiş versiyası ortaya çıxıb. Bu barədə “Daily Mail” məlumat yayıb. Belçikalı fizik Tomas Hertoqla birgə yazılmış məqalədə multi-kainat fərziyyəsinin eksperimental yoxlanılmasının mümkünlüyü müzakirə olunur. Elmi məqalənin ilk variantı 24 iyul 2017-ci ildə nəşr olunub. Multi-kainat fərziyyəsinə görə, hər birində müəyyən fundamental konstant və onlarla əlaqəli təbiət qanunları olan müxtəlif aləmlər mövcuddur. Bizim kainat bu konsepsiyaya görə belə aləmlərdən biridir. Qeyd edək ki, dünya şöhrətli britaniyalı alim martın 14-də 76 yaşında vəfat edib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top