Elxan Məmmədov və Qurban Qurbanov yığma üzvləri ilə görüşüb

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. AFFA-nın saytı xəbər verir ki, Məmmədov və Qurbanov Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı oyunlarında yığmamıza uğurlar arzulayıb. U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində iki ardıcıl səfər oyunu keçirəcək. Futbolçularımız martın 22-də Kosovo, martın 27-də isə İrlandiya yığması ilə qarşılaşacaq.Apasport

DİGƏR XƏBƏRLƏR

Top