Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək. Diplomatik mənbələrdən bildirilib ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq. Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil. Xatırladaq ki, M. Çavuşoğlu martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşündə və VI Qlobal Bakı Forumunda iştirak edib.APA

DİGƏR XƏBƏRLƏR

Top