Rəşid Mahmudov Zaurun xalatda efirə çıxmasından DANIŞDI: "Ayıbdır"

ATV telekanalında "Zaurla Günaydın" verilişində aparıcı, əməkdar jurnalist Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması cəmiyyətdə tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrdə yayılan sözügedən videoya minlərlə şərh yazılıb, Zaur Baxşəliyev kəskin tənqid olunub. Yeniavaz.com saytına açıqlama verən tanınmış ictimai xadim, tibb elmləri namizədi, Əməkdar müəllim Rəşid Mahmudov məsələyə münasibət bildirib.

Rəşid Mahmudov bildirib ki, efirdə belə şeylər verilməsi ayıbdır: "Mən iki dəfə canlı yayımda demişəm - Azərbaycanın bəzi telekanalları Azərbaycan xalqının əksinə işləyir. Bundan qüvvətli söz varmı, oğul? Efirdə belə şey verilməz, ayıbdır. Bunlar örnək ola bilməz millət üçün. Millətin xeyrinə, yəni millətin inkişafına səbəb olan şeylər verilməlidir televiziyada. Əksinə, şıllaq atmaq verilir. Mədəni şeylər göstərmək, millətin adət-ənənələrini inkişaf etdirmək, yaxşı cəhətlərini demək, pis cəhətlərini tənqid eləmək lazımdır. Amma əvəzində belə şeylər verirlər, ayıbdır bu".

Rəşid Mahmudov deyib ki, televiziya kanallarında bəzi verilişlərə baxanda narahatlıq keçirir: "Ay oğul, televizor böyük qüvvədir. O qüvvədən kim, necə istifadə eləyir? Bir çox ölkələr o televiziyadan elm öyrədir, insanları inkişafa doğru aparır, bəziləri millətin adət-ənənələrinin yüksək olduğunu göstərir, amma bəzi televiziyalar isə oynamaq, çal-çağır verirlər. Bunlar kimə lazımdır? Demirəm, konsert olar, yaxşı bir müğənni ifa edər, bu başqa, yoxsa hər gələni çıxarırlar efirə. Vallah, mən başa düşmürəm bunları. Televiziya kanallarının bir çox verilişlərinə baxanda mən də narahat oluram. ATV kanalı vaxt var idi artistləri, müğənniləri az qala lüt çıxarırdı efirə. Millətin zövqünü pozmaq olmaz. Neyləyəsən, nə edəsən, bizim sözümüzün nə əhəmiyyəti var ki?".

DİGƏR XƏBƏRLƏR

Top