Rusiya hərbçilərinin 100 faizi Putinə səs verib


Suriyadakı rusiyalı hərbçilərin 100 faizi Rusiyada keçirilmiş prezident seçkilərində indiki dövlət başçısı Vladimir Putinə səs verib. Yeniavaz.com-un “Vedomosti” qəzetinə istinadən verdiyi məlumata görə, bunu müdafiə nazirinin müavini Nikolay Pankov deyib. Ümumilikdə Suriyadakı rus hərbçiləri və mülki personaldan 2954 nəfər səsvermədə iştirak edib, onların hamısı səslərini V. Putinə verib. Seçici fəallığı 99,2 faiz olub. Seçki məntəqələri Hmeymim aviabazasında və Tartusdakı hərbi-dəniz donanmasının maddi-texniki təminat məntəqəsində açılıb. Səsvermə, həmçinin Rusiyanın Dəməşqdəki səfirliyinin binasında aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top