Rusiya prezidentliyinə namizəd seçkiləri şou adlandırıb


“Rost Partiyası”nın Rusiya prezidentliyinə namizədi Boris Titov ölkədə keçirilmiş dövlət başçısı seçkilərini şou adlandırıb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, insanlar qalmaqallara, emosiyalara reaksiya göstərirlər və ölkənin gələcəyi üçün vacib məsələlərə az qulaq verirlər. B. Titov qeyd edib ki, insanlar öz ailələrini necə saxlamaq barədə getikdcə düşündükcə onlar daha ciddi olacaqlar: “Gec və ya tez öz haqlılığımızı sübut edəcəyik”. Namizəd diqqətə çatdırıb ki, seçki meydançasını Rusiyanın iqtisadi inkişaf modelinin dəyişdirilməsinin vacibliyini demək üçün istifadə edib: “Ola bilsin ki, az səs topladıq, lakin bu səslər xüsusi keyfiyyətlidir. Bu, Rusiyanın idarəetmə və intellektual elitasının səsləridir”. Xatırladaq ki, protokolların 99,83 faizinin emalının nəticələrinə görə, B. Titov 0,76 faz səs toplayıb (555 189 nəfər) və altıncı yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top