YAP-ın işsiz qalan funksionerləri - SİYAHI

Azərbaycanın ən böyük siyasi təşkilatı hesab edilən və 25 ildir iqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) əsas simalarından bəziləri işsizdir. Yeniavaz.com YAP-ın rəsmi veb-saytında yer alan məlumatlara istinadən bildirir ki, partiyanın Siyasi Şurasında yer alan 7 nəfər işsizdir. 86 nəfərdən ibarət olan Siyasi Şura üzvlərindən 6 nəfər müvəqqəti işsiz, 1 nəfər isə Prezident təqaüdçüsü kimi göstərilib.

İşsiz olan YAP Siyasi Şura üzvləri bunlardır:

1. Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri.

2. Aslan Aslanov - Şəmkir şəhər İcra Hakimiyyətinin sabiq başçısı və Kənd Təsərrüfatı nazirinin keçmiş müavini.

3. Elnur Aslanov - Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin keçmiş müdiri.

4. Vaqif Hüseynov - Saatlı rayonu İcra hakimiyyətinin sabiq başçısı.

5. Musa Musayev - Keçmiş millət vəkili, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı.

6. Rizvan Vahabov - Dövlət Yanacaq Komitəsinin keçmiş sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin sabiq rəisi.

7. Prezident təqaüdçüsü olduğu bildirliən Xeyrəddin Qoca(yev) isə keçmiş millət vəkili və Türkiyənin İstanbul şəhərində Azərbaycanın sabiq baş konsulu olub.

DİGƏR XƏBƏRLƏR

Top