ABŞ-ın borcu 21 trilyon dolları ötdü

ABŞ-ın milli borcu tarixdə ilk dəfə olaraq 21 trilyon dollar səviyyəsini ötüb.

Yeniavaz.com-un RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp dövlət başçısı vəzifəsini tutanda ölkənin milli borcu 19,9 trilyon dollar həddində olub.

ABŞ-ın borcu Amerikanın keçmiş Prezidenti Barak Obamanın hakimiyyəti dövründə təqribən iki dəfə artıb.

Belə ki, B. Obama vəzifəyə gələndə ölkənin 10,6 trilyon dollar borcu varıydı, postundan gedəndə isə bu rəqəm 19,9 trilyon dollar çatıb.

DİGƏR XƏBƏRLƏR

Top