Şahzadə Məhəmməd Xameneini “Yeni Hitler” adlandırıb

İran nüvə silahı yaradacağı təqdirdə dərhal öz silahımızı düzəldəcəyik.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman deyib.

Bununla belə, o qeyd edib ki, Səudiyyə Ərəbistanı hansısa nüvə bombası əldə etmək istəmir: “Şübhəsiz ki, əgər İran nüvə silahı yaradarsa, biz də dərhal öz silahımızı düzəldəcəyik”.

Vəliəhd şahzadə, həmçinin İranın ali lideri Ayətulla Əli Xameneini “Yeni Hitler” adlandırıb. M. ibn Salman bu ifadəni işlətməsinin səbəbini İranın yayılma siyasəti ilə izah edib: “Çünki onlar yayılmaq istəyirlər. Hitler vaxtilə necə ekspansiya edib inkişaf etmək istəyirdisə onlar da Yaxın Şərqdə öz layihəsini reallaşdırmaq niyyətindədirlər. Dünyada bir çox ölkə və Avropa Hitlerin təhlükəsini əvvəlcə anlamadı. Mən də Yaxın Şərqdə eynisinin olmasını istəmirəm”.

Şahzadə İranın Səudiyyə Ərəbistanı ilə hərbi və iqtisadi baxımdan rəqabət edə bilməyəcəyini də vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top