Rusiya MSK: Bülletenlərin 99 faizinin nəticələrinə görə, Putin 76,65 faiz səs toplayıb

Seçki bülletenlərinin 99 faizinin hesablanmasının nəticələrinə görə Vladimir Putin ötən gün Rusiyada keçirilən prezident seçkilərində 76,65 faiz seçici səsi toplayıb.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Rəsmi məlumata görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin siyahıda 11,82 faiz səslə ikinci yerdə qərarlaşıb. Vladimir Jirinovski siyahıda 5,68 faiz səslə üçüncü yerdədir. Report

DİGƏR XƏBƏRLƏR

Top