Avstraliyada yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər

Avstraliyada Novruz bayramı qeyd edilib.

Yeniavaz.com xəbər verir ki, Avstraliyada yaşayan azərbaycanlılar Sidney şəhərində təşkil olunan Novruz bayramı birlikdə qeyd ediblər.

Sidney şəhərindəki Azərbaycan dərnəkləri tərəfindən təşkil edilən tədbirdə müxtəlif bölgələrdən gələn qonaqlar iştirak edib.

Tədbirdə Azərbaycan mədəniyyətindən, tariximizdən və Azərbaycanın bügünkü inkişafından danışılıb.

Sidneydə yaşayan azərbaycanlılardan əlavə Pert və Melburun şəhərindən gələn qonaqların da iştirak etdiyi Novruz bayramı tədbiri yerli vaxtla saat 19:30-dan gecə saatlarına qədər davam edib.

250 qonağın iştirak etdiyi gecədə Azərbaycanın Avstraliyanın Pert şəhərindəki fəxri konsulu Aydan Rzayeva və əməkdar artist Sevinc Nəsimli də iştirak edib.

Bəhram Şükürlüzadənin ifa etdiyi mahnılar və müxtəlif səhnələr gələn qonaqlar tərəfindən alqışlanıb.

Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin başqanı İmaməddin Qasımov tədbirdə çıxış edərək, hər kəsi salamlayaraq, Azərbaycan Ombudsmanı Elmira Süleymanova və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrikini qonaqlara çatdırıb.

DİGƏR XƏBƏRLƏR

Top