Bu gün Rusiyada prezident seçkiləri keçirilir.
Səsvermə saat 8:00-dan 20:00-dək davam edəcək.
İlk seçki məntəqələri Çukotsk muxtar dairəsində və Kamçatka diyarında açılıb.
Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.
Seçki prosesini 109 ölkədən 1500-dək xarici müşahidəçi izləyir.
Qeyd edək ki, Rusiya prezidenti postu uğrunda hazırki dövlət başçısı Vladimir Putin daxil olmaqla 8 namizəd mübarizə aparır. Qafqazinfo