Lavrov: Rusiya nüvə silahı qadağasına dair müqaviləni imzalamayacaq

Rusiya nüvə silahının qadağan edilməsi haqqında müqaviləni imzalamayacaq. Yeniavaz.com-un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, nüvə silahının tam qadağasını direktiv qaydada həyata keçirmək qeyri-realdır: “Beş rəsmi nüvə dövləti və qeyri-rəsmi nüvə dövlətləri buna getməyəcək”. S. Lavrov qeyd edib ki, Nüvə silahının yayılmaması haqqında müqavilədə nüvəsiz dünya prinsipi əks olunub. Xatırladaq ki, Nüvə silahının qadağan edilməsi haqqında müqavilə 2017-ci il iyulun 7-də Nyu-Yorkda qəbul edilib. Müqavilənin qəbul olunmasında nüvə dövlətləri iştirak etməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top