Azərbaycan yeni baş naziri bəlli olub - FOTO

Bakıda xəstəxanada yanğın olub

İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib

şənbə, 21 aprel 2018
TR EN RU

Menu

şənbə, 21 aprel 2018
EN TR RU

DÜNYA

London Britaniyalı diplomatların qovulmasına reaksiya verdi

17.03.2018 18:14

Britaniya xarici işlər nazirliyi, Rusiyanın britaniyalı diplomatların ölkədən qovulması haqqında qərarının gözlənilən olduğunu bildirib. Bu barədə “Reuters” məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, gələn həftə Britaniya təhlükəsizlik şurası “Skripal işi” ilə bağlı Rusiyaya qarşı atılacaq növbəti addımları müzakirə edəcək.

Xatırladaq ki, martın 17-də Rusiya hökuməti Britaniya səfirliyinin 23 diplomatını "persona non qrata" elan edib və onların ölkəni tərk etməsinə bir həftə vaxt verib.

Moskva bunun Britaniya baş naziri Tereza Meyin 14 mart tarixində səsləndirdiyi, 23 rusiyalı diplomatın ölkədən qovulacağı ilə bağlı bəyanatına cavab olduğunu bildirib.

Mey Mosvkanı keçmiş rusiyalı zabit Serqey Skripalın zəhərlənməsində əli olduğunu bildirmişdi. oxu.az

Oxundu 236

© 2018 - NSPSOLUTIONS