Skripalın zəhərləndiyi maddənin yaradıcısı onu xilas etməyin yolundan danışdı

Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərləndiyi “Noviçok” əsəb-iflic təsirli maddənin yaradıcılarından biri Vil Mirzəyanov olub. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, V. Mirzəyanov həmin maddənin təsirini minimuma endirmək üçün zəhər əleyhinə maddələrin olduğunu bildirib. Onun sözlərinə görə, “Noviçok” maddəsi ilə zəhərlənmiş şəxsə kömək qismində ilk olaraq atropin və afin vasitələri verilməlidir: “Həmçinin, digər, daha güclü antidotlar (zəhər əleyhinə maddə) hazırlanıb. Onlar mövcuddur və bu zəhərli maddənin təsirini dayandırmağa kömək edir. Ancaq o, insanı sağaltmır”.

DİGƏR XƏBƏRLƏR

Top