“Şahin” hərbi-idman oyununun Astara rayonu üzrə qalibi müəyyənləşib

7-16 martda Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqalədə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Veteranlar Təşkilatının birgə qərarına əsasən təsdiq etdikləri “Şahin” hərbi idman oyununun Əsasnaməsinə uyğun olaraq rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və SHXÇDX-nin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə Astara rayonu üzrə hərbi idman oyununun rayon birinciliyinin zona və final yarışları keçirilmişdir. Tədbirlərin açılış mərasimlərində rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, rayon Təhsil Şöbəsinin Fiziki tərbiyə üzrə metodisti Nizaməddin Ələkbərov, rayon Təhsil Şöbəsinin Çağırışa qədər hazırlığı üzrə metodisti Rasim Cəfərov,SHXÇDX Astara rayon şöbəsinin məsul işçisi,mayor Samir Məmmədov, şəhər 1 saylı tam orta məktəbin direktoru Xədicə Məmmədova, Təngərüd kənd tam orta məktəbin direktoru Xaqani Mahmudov, Pensər kənd 2 saylı tam orta məktəbin direktoru Faiq Həsənov, Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqov,Astara şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, çıxış etmişlər.
Rayon birinciliyi 4 zona yarışları və final mərhələsindən ibarət keçirilmişdir. “Şahin” hərbi idman oyununun zona mərhələsində 19 tam orta məktəb komandası iştirak etmişdir. Yarışlarda 350 nəfər məktəbli iştirak etmişdir.
I zona üzrə yarış 7 mart tarixdə Astara şəhər 1 saylı tam orta məktəbində, II zona üzrə yarış 9 mart tarixdə Təngərüd kənd tam orta məktəbində, III zona üzrə yarış 12 mart tarixdə Pensər kənd 2 saylı tam orta məktəbində, IV zona üzrə yarış 13 mart tarixdə Sım kənd tam orta məktəbində keçirilmişdir.
16 mart tarixdə Astara şəhər 3 saylı tam orta məktəbində “Şahin” hərbi idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilmişdir. Final yarışında rayonun zona birinciliklərində qalib olmuş 5 komanda – Astara şəhər 2 və 3 saylı, Kijabə qəsəbə, Təngərüd kənd tam orta məktəbin komandaları mübarizə aparmışlar. I, II, III yerlərə müvafiq olaraq Astara şəhər 3 saylı, Kijabə qəsəbə və Təngərüd kənd tam orta məktəbin komandaları layiq görülmüşlər. Astara şəhər 3 saylı tam orta məktəbin komandası 2018-ci ilin aprel ayında keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil etmək hüququ qazanmışdır. Rayon birinciliyinin zona və final mərhələsində fəxri yerlərə layiq görülən komandalar, yarışların təşkilində fəal iştirak edən mütəxəsislər, təşkilat nümayəndələri, rayon Gənclər və İdman İdarəsinin, rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin diplomları, kubokları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.Astarainfo.az

DİGƏR XƏBƏRLƏR

Top