Benzin istehsalı azalıb, dizel istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında 433,3 milyon manat dəyərində neft məhsulları istehsal olunub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, sahəsində istehsalın ümumi dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,9 faiz azalıb. Neft məhsullarından avtomobil benzininin istehsalı 0,2 faiz azalaraq 209,6 min ton, ağ neftin istehsalı 15,7 faiz azalaraq 88,7 min ton, yanacaq mazutunun istehsalı 91,4 faiz azalaraq 12,4 min ton olub. Dizel yanacağının istehsalı isə 3,8 faiz artaraq 328,3 min tona çatıb.

DİGƏR XƏBƏRLƏR

Top