Azərbaycanda siqaret istehsalı kəskin artıb


Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin yanvar-fevral aylarında tütün məmulatlarının istehsalında 3,4 dəfə artım, qida məhsullarının istehsalında 6,7 faiz, içki istehsalında isə 19 faiz azalma müşahidə olunub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, hesabat dövründə ən yüksək artım siqaret istehsalında qeydə alınıb. 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin yanvar-fevral aylarında siqaret istehsalı 8,5 dəfə artaraq 423,6 milyon ədəd olub.

Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 13,7 faiz, ət istehsalı 3 faiz, cem və marmeladların istehsalı 2,4 faiz, pendir və kəsmik istehsalı 1,2 faiz, brendi (konyak) istehsalı 1,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 12,6 faizartıb, bununla yanaşı duru bitki yağlarının istehsalı 28,1 faiz, qənd istehsalı 89,7 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top