Azərbaycan yeni baş naziri bəlli olub - FOTO

Bakıda xəstəxanada yanğın olub

İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib

şənbə, 21 aprel 2018
TR EN RU

Menu

şənbə, 21 aprel 2018
EN TR RU

CƏMİYYƏT

Qazaxda Novruz şənliyi keçirilib

17.03.2018 14:26

Novruz bayramı münasibətilə Qazaxda ümumrayon şənliyi keçirilib. Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal qalanıb. Rayon sakinlərində xoş əhval-ruhiyyə yaradan Novruz bayramında minlərlə rayon sakini iştirak edib. Bahar qızı rayon rəhbərliyinə Novruzun rəmzi olan səmənini təqdim etdikdən sonra tədbir başlanıb. Zurnaçıların, aşıqların ifaları, Azərbaycanı tərənnüm edən mahnıların sədası ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruzun rəmzi olan tonqal alovlandırıldıqdan sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər. Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların əhval-ruhiyyəsini daha da yüksəldib. Sonra tədbir Olimpiya İdman Kompleksinin zalında davam etdirilib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək Novruz bayramı münasibətilə bütün rayon sakinlərini təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq arzulayıb. Bayram tədbiri konsert proqramı ilə davam etdirilib, əsgərlər nümunəvi fəndlər göstəriblər.AZƏRTAC

Oxundu 304

© 2018 - NSPSOLUTIONS