Filippində təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

Filippində baş verən təyyarə qəzası nəticəsində 7 nəfər ölüb. “RİA Novosti” xəbər verir ki, bunu Filippin Mülki Aviasiya Təşkilatından bildiriblər. Hadisə martın 17-də ölkənin Bulakan əyalətində baş verib. Təyyarə Plaridel-Laoaq marşrutu üzrə hərəkət edirmiş və göyərtəsində 7 nəfər varmış. Onlardan biri pilot və 6-sı sərnişin olub. Bildirilib ki, qəzaya uğrayan “Piper PA-23 Apache” təyyarəsi “Lite Air Express” aviaşirkəti tərəfindən istismar olunur. Hadisə ilə bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top