Rusiya 23 ingilis diplomatı ölkədən çıxarır

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Moskvadakı səfirliyinin 23 əməkdaşını arzuolunmaz şəxs elan edib. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, onlara Rusiya ərazisini tərk etmək üçün 1 həftə vaxt verilib. Bundan başqa, XİN Britaniyanın Sankt-Peterburqda Baş konsulluq açılmasına daha əvvəl verdiyi razılığını geri götürüb. Həmçinin statusu nizamlanmadığına görə. Britaniya Şurasının fəaliyyəti dayandırılır.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsindən sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Onlar martın 4-də Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Polisin məlumatına əsasən, onlar Rusiyada istehsal olunmuş “Noviçok” adl əsəb-iflic maddəsi ilə zəhərlənib. Britaniyanın Baş naziri Tereza Mey martın 14-də Rusiyanı zəhərləmədə iştirakda ittiham edib və bəyan edib ki, London 23 rus diplomatı ölkədən çıxarır, yüksək səviyyədə bütün təmasları kəsir.

DİGƏR XƏBƏRLƏR

Top