Türkiyə Suriya sərhədinə əlavə qoşun toplayır


Türkiyə Suriya ilə sərhədinə əlavə hərbi texnika göndərir. Bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazırlar. Xəbər verilir ki, hərbi texnika Suriyanın Afrin bölgəsi ilə sərhəddə yerləşən Hatay vilayətinə göndərilib. Qeyd edək ki, martın 13-də Baş Qərargahın bəyanatında deyilir ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusunun qüvvələri Afrini tamamilə mühasirəyə alıblar.

Xatırladaq ki, yanvarın 20-də Suriyanın Afrin bölgəsində, Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu ilə birgə “Zeytun budağı“ adı altında hərbi əməliyyata başlayıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top