Yol polisinin sürücüyə yazdığı 500 manat cəriməni məhkəmə - LƏĞV ETDİ

Yol polisinin Lənkəran rayon sakini Münasib Zeynalov barəsində tərtib etdiyi protokol məhkəmə tərəfindən ləğv edilib. Münasib Zeynalovun idarə etdiyi 42 BT 408 dövlət nömrə nişanlı avtomobil Ələt-Astara-İran yolunun 204-cü km-də yol polisi tərəfindən saxlanılıb. Sürücünün ödənilməmiş cəriməsi olduğu üçün avtomobili duracağa aparılıb. Eyni zamanda Lənkəran şəhər YPX-nın inspektoru Cavid Şıxəliyev tərəfindən sürücüyə maşında sürəti ölçməyə maneə olan cihaz olduğu bildirilərək 500 manat məbləğində cərimə tətbiq edilib. Sürücü protokoldan şikayət edib. İşə Lənkaran rayon Məhkəməsində baxılıb. Məlum olub ki, “sürət ölçməyə maneə yaradan cihaz” kimi təqdim olunan və onun əsasında cərimə yazılan “İnspektor Radar Detector” markalı “RD U3 ST” modeli sadəcə olaraq sürət ölçən cihazdır və qanunvericilikdə nəzərdə tutulmuş cərimə tətbiq edilən cihazlara aid deyil. Həmçinin YPX tərəfindən iş materiallarına bu cihazın həqiqətən də sürət ölçməyə maneə yaradan olması barədə hər hansı sübut təqddim edilməyib. Məhkəmənin qərarı ilə sürücü barəsində tərtib edilmiş protokol ləğv edilib.Avtosfer.az

DİGƏR XƏBƏRLƏR

Top