Təyyarə itə görə təcili eniş etdi


Nyuarkdan Sant Luisə uçuş həyata keçirən “United Airlines” hava şirkətinə məxsus təyyarədə “səhvən yerləşdirilmiş” it aşkarlanıb. “ABC News” xəbər verir ki, təyyarə əməkdaşları hava gəmisində bir it olduğunu bildiriblər. Bundan sonra təyyarə Ohayo ştatının Akron şəhərinə planlaşdırılmamış eniş edib. İt sahibinə qaytarılıb. Hava limanından “ABC News”a bildirilib ki, təyyarə sərnişinlərinin hər birinə yaşanan hadisəyə görə təzminat ödənilib. Qeyd edək ki, bu, eyni hava şirkətinə aid təyyarədə yaşanan üçüncü “səhv”dir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top