Abramoviç “Çelsi”dən məhrum ola bilər

Rusiya-Britaniya münasibətlərində yaşanan gərginlik İngiltərənin “Çelsi” klubunun aqibətinə də təsir edə bilər.

Britaniya hakimiyyəti Roman Abramoviçin adı çəkilən klubunu müsadirə edə bilər.

Böyük Britaniya “Skripal işi” ilə bağlı gərginlik fonunda, korrupsiyada adı hallanan rusiyalı biznesmenlərə qarşı sərt ölçülər qəbul etməyi planlaşdırır. Müxtəlif sanksiyaların tətbiqi, o cümlədən aktivlərin müsadirəsi nəzərdə tutulur.

“The Times”da dərc olunan məqalənin müəllifinə görə, hakimiyyətin sanskiyaları Roman Abramoviçdən də yan keçməyəcək.

Roman Abramoviç “Çelsi” klubunun nəzarət paketinə 2003-cü ildə sahib olub. 15 il ərzində rusiyalı biznesmen kluba 3 milyard dollara yaxın kapital yatırıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top