Bu il işçiləri 5,2 saat daha çox işlədiblər - CƏDVƏL

Bu ilin yanva ayında bir işçiyə düşən orta aylıq iş saatlarının miqdarı 151,2 saat təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin yanvar ayı ilə müqayisədə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 5,2 saat artıb. Belə ki, ötən ilin ilk ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146 saat olub.

Yanvar ayında ən çox iş saatı mədənçıxarma sənayesində qeydə alınıb. Mədənçıxarma sənayesində çalışan işçilərin orta aylıq iş saatı 157,4 saata bərabər olub. Ən az işləyənlər isə təhsil sektorunda çalışanlar olub. Təhsil sahəsində fəaliyyət göstərənlərin orta aylıq iş saatı 144,8 saat təşkil edib.

Digər sahələrdə orta aylıq iş saatı belə olub:

İqtisadi fəaliyyət növləri

İş saatlarının miqdarı

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

151,4

Mədənçıxarma sənayesi

157,4

Emal sənayesi

152,7

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

155,9

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

155,0

Tikinti

152,4

Ticarət; nəqliyyat vasitələrinin təmiri

156,0

Nəqliyyat və anbar təsərrüfatı

149,6

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

155,3

İnformasiya və rabitə

154,3

Maliyyə və sığorta fəaliyyəti

153,7

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

153,1

Peşə, elmi və texniki fəaliyyət

149,2

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

148,5

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

154,1

Təhsil

144,8

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

148,9

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

154,1

Digər sahələrdə xidmətlərin göstərilməsi

144,1

DİGƏR XƏBƏRLƏR

Top