Ukrayna XİN başçısı: Rusiya III Dünya müharibəsini aparır

Rusiya Qərb ölkələrinə qarşı faktiki olaraq üçüncü Dünya müharibəsini aparır.

Yeniavaz.com-un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızının zəhərlənməsi fonunda hamıya aydındır ki, Moskva faktiki olaraq üçüncü Dünya müharibəsini aparır, lakin bunu hibrid metodları ilə edir: “Rusiya özünü Şimali Koreyanın, Suriyanın və ya İraqın yerinə qoyub. Bu o deməkdir ki, Rusiya bilərəkdən Qərbə və Transatlantik birliyə qarşı işləyir”.

P. Klimkin qeyd edib ki, fundamental Rusiya təhdidinə qarşı duracaq koalisiya yaranır, çünki Rusiya Qərb dünyasının və dəyərlərin mövcudluğuna təhdid törədir.

DİGƏR XƏBƏRLƏR

Top