“Apple” şirkəti “iPhone” istehsalını dayandırdı

ABŞ-ın “Apple” korporasiyası “iPhone” smartfonlarının buraxılışını dayandırıb.

Yeniavaz.com-un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, korporasiya Çindəki zavodunda “iPhone” istehsalını iki həftə müddətinə dayandıracaq.

Smartfonların buraxılışının dayandırılmasına səbəb kimi “iPhone”ların istehsalında şirkətin sertfikasiyasına malik olmayan istehsalçı tərəfindən su keçirməyən komponentlərdən istifadə edilərkən pozuntulara yol verilməsi göstərilir.

Hər 5 “iPhone 8 Plus” smartfonundan biri Çinin “Wistron” korporasiyası tərəfindən istehsal olunur, qalan smartfonların buraxılışı ilə isə “Foxconn” şirkəti məşğul olur. Bu vəziyyətlə əlaqədar şirkətin səhmləri hərracların açılışı zamanı 5 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top