Türkiyə Şimali Koreyaya sanksiya tətbiq etdi

Türkiyə Şimali Koreyanın 39 vətəndaşının aktivlərini dondurub və onların ölkəyə səfərini qadağan edib.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə hökumətu bu qərarı BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində verib.

Bildirilir ki, rəsmi Ankara, habelə Şimali Koreyaya bəzi ticarət mallarının satışını və bu ölkədən alışını qadağan edib.

Bu çərçivədə Pxenyanın nüvə proqramına töhfə verə biləcək qızıl transfertləri ilə yanaşı, təbii qaz, xam neft, tekstil materialları, istifadə edilmiş gəmi, sənaye maşını, nəqliyyat vasitələri, dəmir-polad və digər metalların satışı həyata keçirilməyəcək.

Əvəzində Şimali Koreyadan qurğuşun və qurğuşun filiz, qida, kənd təsərrüfatı məhsulları, elektrik cihazları, makina, maqnezit, taxta-şalban, dəniz daşıyıcıları, dəniz məhsulları, aqrar məhsullar, tekstil malları, parça, hazır geyim məhsulları, elektrik alətləri idxal edilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top